Trampın çıxışı gözlənilir

   Trampın çıxışı gözlənilir
  03 Dekabr 2025    Oxunub:1223
ABŞ Prezidenti Donald Tramp bu gün Bakı vaxtı ilə saat 23:30-da Ağ Evin Oval kabinetində mətbuat konfransı keçirəcək.
Bu barədə ABŞ Prezidentinin iş cədvəlində məlumat göstərilib. Hərçənd onun hansı mövzuda danışacağı diqqətə çatdırılmayıb.

Xatırladaq ki, ötən gün Donald Trampın rəhbərliyi ilə ABŞ Nazirlər Kabinetinin iclası baş tutub. İclasda ABŞ-nin Venesuelada narkotik ticarəti qruplarına qarşı quru zərbələri, eyni zamanda, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar müzakirələr aparılıb. Prezidentin gözlənilən çıxışının bu mövzulardan birini əhatələyəcəyi istisna deyil.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   prezident   çıxış  



Xəbər lenti