Bu şəxslər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər

   Bu şəxslər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər
  03 Dekabr 2025    Oxunub:1110
Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər.
AzVision.az -ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də etdiyi dəyişiklikdə əksini tapıb.

Əsgərliyə gedənlərin tibbi müayinəsinə dair yeni prosedur
Sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər.

İndiyə qədər qüvvədə olan qərara əsasən, hərbi xidmətə çağırış zamanı “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər.

AzVision.az



Teqlər:  



Xəbər lenti