Aİ Rusiya qazından imtina üzrə razılığa gəlib

   Aİ Rusiya qazından imtina üzrə razılığa gəlib
  03 Dekabr 2025    Oxunub:1061
Avropa Şurası Rusiya enerjisindən asılılığa son qoymaq səyləri çərçivəsində 2027-ci ilədək Rusiyadan qaz idxalını tədricən dayandırmaq barədə Avropa Parlamenti ilə razılığa gəlib.
Bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, razılaşma ilə əlaqədar Rusiyadan maye qaz və boru kəməri qazının idxalına qanuni müstəvidə mərhələli şəkildə qadağa qoyulacaq. Proses gələn ilin sonlarında başlayacaq. 2027-ci ilin payızında isə idxal tamamilə dayandırılacaq.

Məlumat üçün bildirək ki, Avropa İttifaqının (Aİ) qaz idxalatında Rusiyanın payı oktyabr ayında 12%-ə düşüb. Bu, 2022-ci ildə Ukraynada müharibə başlamazdan qabaq bu göstərici 45% idi. Aİ səviyyəsində Rusiya qazından imtina tendensiyasına baxmayaraq, Macarıstan, Fransa və Belçika Moskva qazının alışını dayandırmayıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   qaz   imtina  



Xəbər lenti