Tramp: "Ukrayna üçün bir qəpik də xərcləmirik"

      Tramp:    "Ukrayna üçün bir qəpik də xərcləmirik"
  04 Dekabr 2025    Oxunub:1266
"ABŞ artıq Ukraynaya yardım məqsədilə pul xərcləmir".
Bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında dilə gətirib. O bildirib ki, Vaşinqton Kiyevə yalnız NATO alyansı xətti ilə silah-sursat satır.

"Co Baydenin dövründəki kimi daha soyulmuruq. O, hər kəsə, əlimizdə nə varsa, hamısını, hətta raketləri pulsuz, kompensasiyasız verirdi. Həmin vaxt nu mətləblərdən xəbərsiz idim".

Donald Tramp əvvəllər də sələfini "bədxərclikdə" günahlandırıb. Onun sözlərinə görə, ConBayden ötən illərdə 350 milyard dolları Ukraynaya "konfet kimi" paylayıb: "Üstəlik, Kiyev yardımın böyük hissəsini nağd şəkildə alıb".

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   yardım  



Xəbər lenti