Türkiyə Moskva və Kiyevə çağırış edib

   Türkiyə Moskva və Kiyevə çağırış edib
  04 Dekabr 2025    Oxunub:1389
Rəsmi Ankara hesab edir ki, enerji infrastrukturu Rusiya-Ukrayna münaqişəsində hücumların hədəfi olmamalıdır.
AzVision.az “Frans Press agentliyinə (AFP)” istinadən xəbər verir ki, Türkiyənin Enerhetika naziri Alparslan Bayraktar İstanbulda jurnalistlərlə söhbətində belə deiyb.

“Bu sahədə hər hansı pozuntu qlobal bazarlara təsir edəcək. Biz bütün tərəflərə, həm Rusiyaya, həm də Ukraynaya deyirik: enerji infrastrukturunu bu müharibəyə cəlb etməyin, çünki insanların gündəlik həyatı bundan asılıdır”, - türkiyəli nazir bildirib.

Xatırladaq ki, bu bəyanat Qara dənizdə tankerlərə edilən son zərbələr fonunda verilib. Ötən həftənin sonundan bəri Qara dənizdə 3 tanker hücuma məruz qalıb: T ürkiyə sahillərində “Kairos” və “Virat” tankerləri, habelə Rusiyadan Gürcüstana ərzaq daşıyan “Midvolqa 2” gəmisi.

Ukraynanın Təhlükəsizlik Xidməti və Ukrayna Hərbi Dəniz qüvvələri tankerlərə endirilən zərbələrə görə məsuliyyəti öz üzərinə götürüb. Lakin rəsmi Kiyev ərzaq daşıyan gəmiyə zərbənin Ukrayna tərəfindən həyata keçirilmədiyini iddia edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tankerlərə edilən hücumlara haqq qazandırmağın heç cür mümkün olmadığını vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin isə, bu cür hərəkətlərə cavab olaraq Moskvanın Ukraynanı Qara dənizə çıxışını kəsə biləcəyi ilə hədələyib.

Macarıstanın Xarici İşlər naziri Peter Siyarto da zərbələri pisləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   Rusiya   Ukrayna  



Xəbər lenti