Cəbrayıla növbəti köç baş tutub | YENİLƏNİB

Cəbrayıla növbəti köç baş tutub |  YENİLƏNİB
  05 Dekabr 2025    Oxunub:1218
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti mərhələdə köç edən sakinlərə evlərinin açarları təqdim edilib.
Bu mərhələdə Horovlu kəndinə 18 ailəyə (66 nəfər) mənzillərin açarları təqdim edilib. Təqdimat mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

* * *

13:09
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi həyata keçib. AzVision.az APA-ya istinadən xəbər verir ki,​ bu gün köçürülən 18 ailə (66 nəfər) Horovlu kəndinə çatıb. Sakinləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA-nın mütəxəssisləri qarşılayıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət, ailələrinə səbir diləyiblər.

AzVision.az


Teqlər: Qarabağ   köç  



Xəbər lenti