Əli Əsədov Mixail Mişustinlə telefonla danışdı

Əli Əsədov Mixail Mişustinlə telefonla danışdı
  05 Dekabr 2025    Oxunub:1305
Azərbaycanın Baş Naziri Əli Əsədov və Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı baş tutub.
AzVision.az xəbər verir ki, məlumatı Rusiya Federasiyasının mətbuat xidməti yayıb.

Hökumət rəhbərləri Rusiya və Azərbaycan arasında ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq və Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi ilə bağlı aktual məsələləri müzakirə ediblər.

M.Mişustin və Ə.Əsədov sənaye, energetika, nəqliyyat infrastrukturu və digər sahələrdə müştərək layihələrin əhəmiyyətini vurğulayıblar.

AzVision.az



Teqlər: ƏliƏsədov   MixailMişustinlə   Rusiya   Azərbaycan  



Xəbər lenti