2026-cı ilin rəngi: “Bulud rəqqası”

   2026-cı ilin rəngi: “Bulud rəqqası”
  06 Dekabr 2025    Oxunub:3218
Rəng dizaynı sahəsində dünyanın əsas nüfuz sahibi olan ”Pantone” dizaynerlər birliyi “Bulud rəqqası” (Cloud Dancer) çalarını 2026-cı ilin rəngi elan edib. İnstitutun təmsilçilərinin sözlərinə görə, “11-4201” koduna malik “Bulud rəqqası” çaları “səs-küylü dünyada sakitliyin pıçıltısını” ifadə edir.
Cloud Dancer - bəyaz rəngin hava çaları olmaqla ruhun dinclik, barışıq halını ifadə edir. Bəyaz kətanı xatırlatması ilə yeni başlanğıcların simvolu sayılır. Bu rəng beyni sakitləşdirir, insanı yaradıcılığa həvəsləndirir, ilhamlandırır.

Tam adı “PANTONE 11-4201 Cloud Dancer” olan rəng ağın neytral çalarıdır. Ona dalmaqla şüurun səsini eşidə biləcəyimiz rahatlığa qovuşmaq olar.


Yada salaq ki, “Pantone” 2025-ci ilin rəngi kimi şokolad-qəhvəyi “17-1230 Mocha Mousse” çalarını seçmişdi. Bu rəng arzuların arxasınza getməyi ifadə edirdi. Ondan əvvəl ilə insanları anlamağı, başqalarının halına yanmağı simvolizə edən “13-1023 Peach Fuzz” (şaftalı) ilin rəngi seçilmişdi.

Samir Quliyev
AzVision.az


Teqlər: İlin-rəngi   Pantone   Bulud-rəqqası  



Xəbər lenti