Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dəməşqdə danışıqlar aparıb

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dəməşqdə danışıqlar aparıb
  06 Dekabr 2025    Oxunub:1145
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu Dəməşqə səfər edib, orada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparıb.
AzVision.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi S.Bayraktaroğlunun Suriya müdafiə naziri Murhaf Əbu Kasr və suriyalı həmkarı Əli Nurettin Nasanla da görüşdüyünü bildirib.

İki ölkənin müdafiə nazirliklərinin nümayəndələri Türkiyə-Suriya Birgə Əməliyyatlar Qərargahında olublar.

Türkiyə nümayəndə heyəti həmçinin Dəməşqdə müdafiə sərgisində də iştirak edib.

AzVision.az



Teqlər: Türkiyə   Suriya   Dəməşq   SəlcuqBayraktaroğlu   Əhmədəl-Şaraa  



Xəbər lenti