Türkiyə qoşunları Suriyaya girib
“Türkiyənin hərəkətlərinə cavab olaraq Dəməşq hazırda Suriya Demokratik qüvvələrinin (SDQ) nəzarətində olan Deyr əz-Zor bölgəsinə əlavə qüvvələr göndərib. Hökumət qüvvələri artilleriya dəstəyi və dron şətiri alıb”, - xəbərdə deyilir.
Açıqlanan məlumatlara görə, bir türk hərbi karvanı Hələb vilayətinə doğru Deyr-Ballut sərhəd keçid məntəqəsindən Suriyaya daxil olub. İkinci karvan gecə ərzində Advaniya sərhəd keçid məntəqəsi ərazisində sərhədi keçib.
Xəbərlərdə qeyd olunur ki, hərbi kolonnalarda zirehli texnika ilə yanaşı, müxtəlif maddi-texniki və logistik elementlər də var.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Türkiyə Suriya qoşunlar







Vaxtında, Aydın, Lazımlı!


