Dövlət Radiosuna yeni direktor təyinatı oldu

Dövlət Radiosuna yeni direktor təyinatı oldu
  09 Dekabr 2025    Oxunub:976
Azərbaycan Dövlət Radiosunda yeni təyinat olub.
AzVision.az xəbər verir ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Rövşən Məmmədovun imzaladığı əmrlə radionun layihə rəhbəri vəzifəsini icra edən Billurə Aslanqızı bu quruma direktor təyin edilib.

Qeyd edək ki, Billurə Aslanqızı öncədən Beynəlxalq Multikulturalizm Mərkəzində, ATV və Xəzər TV kanallarından fəaliyyət göstərib.

AzVision.az




Teqlər: AzərbaycanTeleviziyavəRadioVerilişləriQSC   Yenitəyinat  



Xəbər lenti