DİN "Qarabağ" oyunu üçün qanunsuz bilet satışına qarşı əməliyyat keçirdi
Qeyd edilib ki, biletləri əvvəlcədən onlayn qaydada və satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkələrdə müxtəlif səhifələrdə, eləcə də "qara bazar"da dəyərindən daha artıq qiymətə satmaq istəyən Şahin Məmmədov və Hüseyn Quliyev saxlanılıblar. Həmin şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.
"Bir daha idman yarışlarını stadionda izləmək istəyən vətəndaşlara biletləri yalnız rəsmi satış nöqtələri, eləcə də onlayn qaydada QR və ya elektron bilet sifarişi verməklə əldə etməyi tövsiyə edirik. Qeyd edək ki, sosial şəbəkələrdə saxta bilet satışı ilə bağlı dələduzluq halları ilə üzləşən şəxslər bu barədə polisə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.
AzVision.az
Teqlər: DaxiliİşlərNazirliyi UEFAÇempionlarLiqası KibercinayətkarlıqlaMübarizəBaşİdarəsi Dələduzluq







Vaxtında, Aydın, Lazımlı!


