Rövşən Nəcəf İtaliya şirkətinin baş direktoru ilə görüşüb

Rövşən Nəcəf İtaliya şirkətinin baş direktoru ilə görüşüb
  10 Dekabr 2025    Oxunub:936
Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İtaliyanın "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb.
SOCAR-dan AzVision.az -a verilən məlumata əsasən, tərəflər ölkəmizdə həyata keçirilən layihələr üzrə potensial əməkdaşlıq imkanları ətrafında müzakirə aparıblar. Görüşdə SOCAR ilə "Saipem S.p.A." şirkəti arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Görüş çərçivəsində qarşılıqlı tərəfdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək növbəti addımlar barədə fikir mübadiləsi baş tutub.

AzVision.az


Teqlər: SOCAR  



Xəbər lenti