ABŞ qanunsuz miqrantların deportasiyasını sürətləndirir

   ABŞ qanunsuz miqrantların deportasiyasını sürətləndirir
  11 Dekabr 2025    Oxunub:610
ABŞ-də cari ilin yanvar ayından bəri 605 min qanunsuz miqrant zorla, 1,9 milyon miqrant isə könüllü surətdə ölkədən çıxarılıb.
Bu barədə ABŞ-nin Daxili Təhlükəsizlik Departamentinin yaydığı hesabatda məlumat verilib. Diqqətə çatdırılıb ki, məcburi deportasiyaya tuş gələnlərin əksəriyyəti ağır cinayətlər törətmiş təhlükəli insanlardır:

"Qanunsuz miqrantlar ölkədən getmək çağırışımızı eşidib yerinə yetirməlidirlər. Əks təqdirdə, özləri də bilirlər ki, tapılacaq, həbsə atılacaq və bir daha qayıda bilməyəcəklər".
Xəstəsiniz? ABŞ-yə getməyin

Hesabatda həmçinin vurğulanıb ki, miqrantların öz vətənlərinə yollanmaları üçün onlara pulsuz uçuş imkanı və 1000 dollar yardım verən xüsusi mobil tətbiqdən könüllü surətdə istifadəyə verilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   miqrantlar   deportasiya  



Xəbər lenti