Rusiyanın kimya zavodu vurulub
Sosial şəbəkələrdə yayılan videolarda sənaye obyektindən çıxan güclü yanğın və parıltı əks olunub. Böyük ühtimalla, “Akron” kimya zavodunun hücumun hədəfi olduğu deyilir.
Novqorod vilayətinin qubernatoru Aleksandr Dronov hava hücumundan müdafiə qüvvələrinin (HHM) bölgədəki əməliyyatını açıqlayaraq saat dörd radələrində Ukrayna PUA-larının hücum etdiklərini təsdiqləyib.
“Akron” ASC Rusiyanın ən böyük mineral gübrə istehsalçılarından biri olan “Acron Group” şirkətinin flaqman müəssisəsidir. Zavod Rusiya iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


