Baş nazir Türkmənistanda Heydər Əliyevin xatirəsini yad edib

Baş nazir Türkmənistanda Heydər Əliyevin xatirəsini yad edib
  12 Dekabr 2025    Oxunub:1022
Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 12-də ölkəmizin Türkmənistandakı səfirliyinə gələrək Ümummilli Lider Heydər Əliyevin buradakı büstü önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.
Bu barədə AzVision.az -a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.


AzVision.az


Teqlər:



Xəbər lenti