Zelenski Kupyanska gedib | VİDEO

Zelenski Kupyanska gedib  | VİDEO
  12 Dekabr 2025    Oxunub:536
Ukrayna Prezidenti Volodimir Zelenski Kupyansk şəhərindən video paylaşıb və bu istiqamətdə mövqelərin qorunduğunu bildirib.
AzVision.az xəbər verir ki, video onun teleqram kanalında paylaşılıb.

"Bu gün Kupyansk istiqamətindəyik. Ukrayna üçün real nəticələr qazanan əsgərlərimiz buradadırlar. Bir çox rusiyalı Kupyansk barədə danışırdı - biz isə vəziyyəti görürük. Mən orada oldum, əsgərlərimizi salamladım. Burada döyüşən hər bir bölməyə, işğalçıları məhv edən hər kəsə təşəkkür edirəm.

Ukraynanın diplomatiyada nəticələr əldə etməsi üçün cəbhə xəttində uğurlar qazanmaq olduqca vacibdir. Bu, məhz belə işləyir: ölkə daxilində əldə etdiyimiz bütün güclü mövqelər müharibədən sonrakı danışıqlarda da güclü mövqelərimizə çevrilir. Hər bir döyüşçüyə təşəkkür edirəm! Sizinlə fəxr edirəm! Bütün Quru Qoşunlarımıza təşəkkür edirəm - bu gün xüsusilə sizin gününüzdür. Təşəkkür edirəm, uşaqlar", - deyə Zelenski paylaşımında qeyd edib.

Qeyd edək ki, Rusiya tərəfi bundan əvvəl Kupyansk şəhərinin guya Rusiya nəzarəti altında olduğunu iddia etmişdi. Zelenskinin birbaşa şəhərə səfəri isə Kiyevin bu iddialarla razılaşmadığını və şəhər uğrunda mübarizənin davam etdiyini göstərən açıq siyasi və hərbi mesaj kimi qiymətləndirilir.


Aygün Xankişiyeva
AzVision.az



Teqlər: Ukrayna   VolodimirZelenski   Kupyansk   Rusiya-Ukraynamüharibəsi  



Xəbər lenti