Azərbaycanlı alimlərin Sİ üzrə tədqiqatı yüksək qiymətləndirilib

Azərbaycanlı alimlərin Sİ üzrə tədqiqatı yüksək qiymətləndirilib
  13 Dekabr 2025    Oxunub:1161
Azərbaycanlı alimlərin müəllif olduqları “Ölkənin dayanıqlı həyat keyfiyyətinin idarəedilməsində süni intellekt (Sİ) texnologiyaları” adlı elmi tədqiqat işi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyi tərəfindən yüksək qiymət alıb.
AzVision.az xəbər verir ki, bu barədə instituta ünvanlanan məktubda qeyd olunub ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov və İqtisadiyyat üzrə fəlsəfə doktoru Asif Əliyevin aktual mövzuya həsr olunan elmi tədqiqatında Azərbaycanda “dayanıqlı həyat keyfiyyəti” göstəricisinin formalaşdırılması üçün qlobal miqyasda aparılan debatlarla məntiqli şəkildə səsləşir.

Qiymətləndirilmədə bildirilir ki, tədqiqatda metodoloji baxımdan klassik statistika ilə yanaşı inteqrasiya olunmuş Sİ alətindən – böyük dil modelləri, əsas komponentlər analizi, dəstək vektor reqressiyası, qeyri-səlis məntiq və “Fuzzy k-NN” kimi üsullardan kombinasiyalı şəkildə istifadə edilib.

AzVision.az


Teqlər: Az'rbaycan   SI  



Xəbər lenti