Qazaxıstana uçuşlar təxirə salınır

Qazaxıstana uçuşlar təxirə salınır
  14 Dekabr 2025    Oxunub:1297
Qazaxıstanda əlverişsiz hava şəraiti uçuşları çətinləşdirib
Əlverişsiz hava şəraiti və təyyarələrə buzdan təmizlənmə xidmətinin göstərilməsinin mümkün olmaması ilə əlaqədar Qazaxıstanın Aktau və Atırau şəhərlərinə və həmin şəhərlərdən uçuşlar təxirə salınır.

Qazaxıstanın milli aviadaşıyıcısı “Air Astana Group”un mətbuat xidməti xəbər verib ki, sərnişinlərə hava limanına yola düşməzdən əvvəl uçuş statuslarını rəsmi veb saytda və ya mobil tətbiqdə yoxlamaları tövsiyə olunur.
AzVision.az


Teqlər:



Xəbər lenti