Sidneydə yəhudilərə qarşı terror: 10 ölü | VİDEO

   Sidneydə yəhudilərə qarşı terror:    10 ölü | VİDEO
  14 Dekabr 2025    Oxunub:1266
Avstraliyanın Sidney şəhərində Hanuka mərasimi zamanı (Cənubi Uels ştatı) baş vermiş terror aktı nəticəsində 10 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılardan ikisi polis əməkdaşlarıdır. Ölnlərin arasında yəhudilərin HABAD dini hərəkatının lideri Eli Şlenger də var.
Yerli mənbələrin məlumatına görə, dini mərasim iştirakçılarına hücum edən iki nəfərdən biri pakistan mənşəli şəxs olub. İsrail mediası hücumun arxasında İrana məxsus terror şəbəksinin dayandığını iddia edir.

İsrailin təhlükəsizlik orqanları isə baş verənən terror aktı yox, Avstraliyadakı yəhudi icmasına qarşı məqsədyönlü hücum olduğunu iddia edir.



Qeyd edək ki, Hanuka – eradan əvvəl 2-ci əsrdə Yerusəlimin və İkinci Məbədin bərpasını, eləcə də yəhudilərin Selevki İmperiyasına qarşı qiyama qalxmasını xatırladan dini bayramdır. Bayram 8 gün davam edir. Bayram günlərində doqquz qolu olan şamdanlarda (“Menora”) şamlar yandırılır

Tariyel
AzVision.az


Teqlər: Avstralita   Terror   Yəhudi   Hanuka  



Xəbər lenti