Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Qar yağacaq, yollar buz bağlayacaq -    XƏBƏRDARLIQ
  15 Dekabr 2025    Oxunub:332
Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirlib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir.

Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.

AzVision.az



Teqlər:



Xəbər lenti