Azərbaycan Moskvadakl müşavirədə təmsil olunub
MDB-nin İcraiyyə Komitəsi tərəfindən təşkil olunan müşavirənin məqsədi standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətlərin aparılması haqqında Sazişin iştirakçısı olan dövlətlərin nümayəndələri ilə sözügedən istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, aktual məsələlərin müzakirəsi və birgə qərarların qəbul edilməsindən ibarətdir.
Müşavirə zamanı şuranın fəaliyyətinin müxtəlif sahələri ilə bağlı bir sıra vacib məsələlərə baxılıb. “MГС: 2030” strategiyasının Tədbirlər Planına daxil edilən mexanizmlərin icrası müzakirə edilib. Şuranın beynəlxalq əməkdaşlığı, Dövlətlərarası Standartlaşdırma Proqramı və standartlaşdırma üzrə yeni beynəxalq texniki komitələrin yaradılması ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin 2026-cı il üzrə laboratoriyaların səriştəliyinin yoxlanmasına dair dövlətlərarası proqramın qəbulu və icrası, ölçmələrin vəhdətinin təmin edilməsi istiqamətində əsas normativ sənədlərin hazırlanması, Şura çərçivəsində “Ən yaxşı gənc metroloq” və “MDB-nin ən yaxşı standartlaşdırma eksperti” müsabiqələrinin təşkili və digər aktual məsələlərə nəzər salınıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


