Kobaxidze: “Azərbaycan bizim xüsusi dostumuzdur”
Bu yaxınlarda Türkmənistanda Azərbaycanın baş naziri Əli Əsədovla səmimi görüş keçirdiyini söyləyən Kobaxidze, hazırda Azərbaycandan Gürcüstan vasitəsilə tranzitin yekun formasının müzakirə olunduğunu diqqətə çatdırıb.
“Bizim üçün Ermənistan tərəfinin maraqları olduğu kimi, Azərbaycan tərəfinin də maraqları tamamilə məqbuldur. Bizim öz maraqlarımız var və inanıram ki, danışıqların nəticələrinə əsasən, biz asanlıqla hər üç ölkənin maraqlarını təmin edəcək ən yaxşı yolu tapacağıq”, - Gürcstanın baş naziri bildirib.
Siyasətçi “Cənub Qaz Dəhlizi” sazişinin müddətinin başa çatması ilə bağlı sualın cavabında qeyd edib ki, bütün məsələlər üzrə danışıqlar aparılır.
- Gürcüstan Azərbaycanla müstəsna dostluq münasibətlərini saxlayır və bu, nikbinliyə əsas verir. Gürcü tərəfi hər iki ölkə üçün faydalı razılığın əldə olunmasına ümid edir”, - İrakli Kobaxidze vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Azərbaycan Gürcüstan dostluq







Vaxtında, Aydın, Lazımlı!


