Budapeşt Ermənistana hərbi yardıma icazə verib

Budapeşt Ermənistana hərbi yardıma icazə verib
  17 Dekabr 2025    Oxunub:1129
Macarıstan “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 20 milyon avroluq hərbi yardımın ayrılmasına qoyduğu vetonu ləğv edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, qərarın yanvarda yekunlaşacağı gözlənilir. 2021-ci ildə yaradılan “Avropa Sülh Fondu”ndan Avropa İttifaqına üzv olmayan ölkələrə hərbi yardım göstərmək üçün istifadə edilir.

Keçən ilin iyul ayında Ermənistan Aİ tarixində ilk dəfə 10 milyon avro dəyərində hərbi yardım alıb. Vəsaitin növbəti iki il yarım ərzində səhra hospitalının yaradılmasına və bir batalyonluq erməni ordusu bölməsi üçün yardımçı obyektlərin yaradılmasına sərf edilməsi planlaşdırılırdı.

Azərbaycana da analoji yardımın göstərilməsini tələb edən Macarıstan bu müddət ərzində vəsaitin ayrılmasına mane olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Macarıstan   Ermənistan   yardım  



Xəbər lenti