Okeanda narkotik daşıyan gəmi vurulub

Okeanda narkotik daşıyan gəmi vurulub
  18 Dekabr 2025    Oxunub:1015
ABŞ hərbçiləri Sakit okeanın beynəlxalq sularında narkotik daşıdığı ehtimal edilən daha bir gəmini vurub və nəticədə 4 nəfər həlak olub.
Bu barədə ABŞ-ın Cənub Komandanlığı sosial şəbəkədə məlumat yayıb. Belə ki, gəmi Birləşmiş Ştatlarda terrorçu qruplaşma kimi tanınan təşkilat tərəfindən istifadə olunub. Komandanlıq bildirib ki, hücum Pentaqonun başçısı Pit Heqsetin göstərişi ilə həyata keçirilib.

Sentyabrın əvvəlindən Pentaqon Karib hövzəsində və Şərqi Sakit okean sularında 26-dan çox narkotik yüklü gəmini batırıb. Bu hücumlar zamanı azı 99 ekipaj üzvü ölüb.

AzVision.az


Teqlər:



Xəbər lenti