Vüqar Qurbanov: “Qeysəriyyə əməliyyatlarının sayı 10 faizədək azalıb”

       Vüqar Qurbanov:    “Qeysəriyyə əməliyyatlarının sayı 10 faizədək azalıb”
  19 Dekabr 2025    Oxunub:434
“TƏBİB-in tabeleyindəki tibb müəssisələrində normal doğuşların sayı 27 min 679 olub ki, bu da 2024-cü il ilə müqayisədə 11 faiz artım göstərir”.
Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. O qeyd edib ki, qeysəriyyə əməliyyatlarının sayı isə 26 min 285 olub və 2024-cü il ilə müqayisədə 9 faiz azalıb:

“Ümumi qeysəriyyə əməliyyatlarının əmsalı 49 faiz təşkil edib. Vaxtından əvvəl doğuşların sayı 3 926 olub və bu da əvvəlki il ilə müqayisədə 6 faiz azalma deməkdir”.


AzVision.az


Teqlər:



Xəbər lenti