Amnistiya | Cəzası azaldılacaq məhkumlar müəyyənləşib

   Amnistiya    | Cəzası azaldılacaq məhkumlar müəyyənləşib
  19 Dekabr 2025    Oxunub:1139
Amnistiya tətbiqi nəticəsində cəzası 6 ay azaldılacaq məhkumların dairəsi müəyyənləşib.
AzVision.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilən "Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında" parlamentin qərarında əksini tapıb. Qərara əsasən, aşağıdakı məhkumların cəzası 6 ay azaldılacaq:

- az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər;

- ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə təyin edilmiş 5 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olan şəxslər.

Bu halda "Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında" qanuna əsasən, barəsində amnistiya tətbiq edilməyənlər istisna olacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.

AzVision.az


Teqlər: MM   amnistiya  



Xəbər lenti