Fətullah Gülənin qardaşı oğlu tutulub

Fətullah Gülənin qardaşı oğlu tutulub
  19 Dekabr 2025    Oxunub:1573
İstanbulda həyata keçirilən əməliyyat nəticəsində keçən il dünyasını dəyişən terrorçu FETÖ təşkilatının lideri Fətullah Gülənin qardaşı oğlu Yasir Gülən həbs edilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin terrorla mübarizə bölmələri və Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə koordinasiyalı şəkildə həyata keçirilən əməliyyat nəticəsində axtarışa verilmiş Yasir Gülənin İstanbulun Ümraniye rayonunda gizləndiyi məlum olub.

Xatırladaq ki, Yasir Gülən Fətullah Gülənin böyük qardaşı Salih Gülənin oğludur. O, qadağan olunmuş “Bank Asiya”nın hesablarına pul yatırmaq və FETÖ-nün gizli toplantılarında iştirak ittihamı ilə axtarışa verilmişdi.

Yasir Gülən həmçinin “silahlı terror təşkilatına üzvlükdə” ittiham olunur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Yasir   Gülən   həbs  



Xəbər lenti