Astarada itkin düşən balıqçının meyiti İran ərazisində tapılıb

Astarada itkin düşən balıqçının meyiti İran ərazisində tapılıb
  19 Dekabr 2025    Oxunub:589
Astarada itkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti İran ərazisində tapılıb.
AzVision.az xəbər verir ki,1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun meyiti Xəzər dənizinin İran tərəfinə düşən hissəsində aşkarlanıb.

Hazırda meyitin Azərbaycan tərəfinə təhvil verilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında daha bir balıqçının - 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti