Türkmən xalqının Milli Lideri Azərbaycan Prezidentini təbrik edib

   Türkmən xalqının Milli Lideri Azərbaycan Prezidentini təbrik edib
  21 Dekabr 2025    Oxunub:1394
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Məmnunluqla qeyd etmək istərdim ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası sosial-iqtisadi inkişafda və xalqın həyat səviyyəsinin ardıcıl şəkildə yüksəldilməsində mühüm uğurlara nail olub.

Türk Dövlətləri Təşkilatının Sammitində iştirak etmək məqsədilə Sizin ölkənizə etdiyim səfər çərçivəsində Qəbələ şəhərində keçirilmiş görüşümüzü xüsusi səmimiyyətlə xatırlayıram. Tam əminəm ki, birgə səylərimiz sayəsində Türkmənistan-Azərbaycan əməkdaşlığı bundan sonra da qardaş xalqlarımızın mənafeyi naminə inkişaf edəcək və dərinləşəcəkdir.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və inkişafına verdiyiniz böyük şəxsi töhfəyə və göstərdiyiniz dərin diqqətə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və məsuliyyətli fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı firavanlıq arzulayıram.

Dərin hörmətlə,



Qurbanqulu Berdiməhəmmədov

Türkmən xalqının Milli Lideri,

Türkmənistan Xalq Məsləhətinin sədri



Teqlər:



Xəbər lenti