Tramp səfirləri geri çağırır

   Tramp səfirləri geri çağırır
  22 Dekabr 2025    Oxunub:1211
ABŞ hökuməti özünün xarici ölkələrdəki nümayəndəliklərində fəaliyyət göstərən təqribən 30 səfir və diplomatı Vaşinqtona geri çağırır.
"The Associated Press" xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb ki, hökumət keçən həftə diplomatlara "səlahiyyət müddətlərinin yanvar ayında qurtaracağı" barədə bildiriş göndərib. Diqqətə çatdırılır ki, həmin diplomatların hamısı sabiq prezident Co Baydenin dövründə işə başlamışdılar.

Məlumata əsasən, Prezident Donald Trampın göstərişi ilə geri çağırılacaq diplomatlar arasında ABŞ-nin Ermənistan, Şimali Makedoniya, Monteneqro, Slovakiya, Əlcəzair, Misir, Nepal, Şri-Lanka, Qvatemala və Surinamdakı səfirləri də var. Ən çox diplomatın Afrika ölkələrindən (Burundi, Kamerun, Kabo-Verde, Qabon, Kot-d'İvuar, Madaqaskar, Mavriki, Niger, Nigeriya, Ruanda, Seneqal, Somali və Uqanda) geri çağırılacağı vurğulanır.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   səfir   geri-çağırma  



Xəbər lenti