
Maraqlı və gərgin keçən mövsümün yekununda Peşəkar İntellekt Liqasının qalibi “Interpretes United” komandası olub. “Old School” komandası ikinci, “Kranium” komandası üçüncü yerə layiq görülüb.

Peşəkar İntellekt Liqası çərçivəsində final oyununda “Qış Kuboku” üzrə də yarışlar təşkil olunub. Turnirdə birinci yerin qalibi “Boy’s Division” komandası olub. İkinci və üçüncü yerləri isə “V” və “CMYK” komandaları tutub.

Qalib və mükafatçılar kubok, medal, diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, Peşəkar İntellekt Liqası artıq üç ildir ki, “Misli”nin dəstəyilə həyata keçirilir. Layihənin əsas məqsədi ana dilli intellektual hərəkatın inkişafına dəstək vermək, gənclərin asudə vaxtını səmərəli təşkil etmək və gələcəkdə intellektual potensiallı kadrların yetişdirilməsinə töhfə verməkdən ibarətdir.
“Misli” gələcəkdə də ölkədə intellektual layihələrin inkişafına və bu istiqamətdə yeni təşəbbüslərin reallaşmasına dəstək göstərməyə davam edəcək.


AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


