Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 3 dəfədən çox artıb

   Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 3 dəfədən çox artıb
  23 Dekabr 2025    Oxunub:1819
Son 10 ildə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 3 dəfədən çox artaraq 2,4 milyard dollardan 8 milyard dollara yüksəlib.
Bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat II Azərbaycan-Türkiyə investisiya forumunda məlumat verib.

O qeyd edib ki, Türkiyə Azərbaycanın ixracında 2-ci, idxalında isə 3-cü yerdədir: "Hədəfimiz qarşılıqlı ticarətin ümumi dövriyyələrimizdə birinci yerə yüksəlməsi olmalıdır. Çünki Azərbaycan bizim həm Müstəqil Dövlətlər Birliyi ölkələrinə, xüsusilə Türk dünyasına çıxışımızda çox önəmli qovşaq nöqtəsində yerləşir".

AzVision.az



Teqlər:



Xəbər lenti