Bahar Muradova: "Din xadimləri qadına ehtiram mövzusunda təbliğat aparmalıdırlar"
"Ailənin inkişafı, insan hüquqlarının müdafiəsi, uşaqlara milli-mənəvi dəyərlərin aşılanması və s. məsələlər də hazırda risk altındadır. Bu sahədə bütün cəmiyyətin, o cümlədən din xadimlərinin üzərinə məsuliyyət düşür. Cəmiyyətdə qadına qarşı dəyər və hörməti qorumaq vacibdir. Din xadimləri bu sahədə təbliğat aparmalıdırlar".
Bahar Muradovanın sözlərinə görə, Azərbaycanda ailə və qadın dəyərləri sahəsində müəyyən stereotiplər var:
"Bu və digər stereotiplərin, o cümlədən erkən nikahların, qadınlara qarşı zorakılığın qarşısının alınması məsələlərində dini təbliğat müsbət nəticə verə bilər. Zənnimizcə, cəmiyyətin qadınlara yüklədiyi iş təkcə hüquqi baxımdan yox, mənəvi-ictimai cəhətdən də inkişaf etdirməlidir. Bu baxımdan, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı faydalı nəticələr verə bilər".
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


