İlham Əliyev: "Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik"

      İlham Əliyev:    "Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik"
  24 Dekabr 2025    Oxunub:357
İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır. Yəni şəhər Ermənistan dövləti tərəfindən tamamilə dağıdılmışdır.
AzVision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə söyləyib. “Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Məqsəd də tam aydın idi”, - deyə dövlətimizin başçısı əlavə edib.

“Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik. Çünki torpaqlarımız işğal altına düşdü. ...Amma bütün belə hallar olduğu vaxtda beynəlxalq təşkilatlar, böyük dövlətlər və müxtəlif ölkələrin siyasi dairələri bu işğalı qınayır, işğalçını məcbur etmək üçün müxtəlif üsullardan istifadə edir, sanksiyalar tətbiq edir. Bunu biz görürük, indi yaxın tariximiz bunu göstərir. Ermənistan-Azərbaycan müharibəsi zamanı və müharibədən sonra atəşkəs dövründə beynəlxalq təşkilatlar düzgün qərar qəbul etsələr də, bu qərarların icrası üçün bir addım belə atmayıblar”, - deyə Prezident bildirib.

AzVision.az



Teqlər: İlham-Əliyev   Ağdam  



Xəbər lenti