İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
"Bu gün Livanın Nabatiya rayonunda IDF və ŞABAK son illərdə Suriya-Livan istiqamətində İsrailə qarşı planların hazırlanmasında və təşviqində iştirak edən SEPAH-ın əsas döyüşçülərindən biri Hüseyn Mahmud Marşad əl-Coharini məhv edib", - məlumatda deyilir.
Qeyd olunur ki, o, SEPAH-ın xarici əməliyyatlarının planlaşdırılması və koordinasiyasına görə məsul olan "840-cı bölmə"nin tərkibində fəaliyyət göstərib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


