Prezidentdən Daxili Qoşunlarla bağlı fərman

   Prezidentdən Daxili Qoşunlarla bağlı fərman
  25 Dekabr 2025    Oxunub:1531
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanunun tətbiqi ilə bağlı Fərman imzalayıb.
AzVision.az xəbər verir ki, sənədlə Daxili Qoşunların idarəetmə strukturunda və təyinat prosedurlarında mühüm dəyişikliklər edilib.

Fərmana əsasən, Daxili Qoşunların komandanını, habelə ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə zabitləri bundan sonra birbaşa Prezident vəzifəyə təyin və vəzifədən azad edəcək.

Eyni zamanda, həmin şəxslərin həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması məsələsi də dövlət başçısının səlahiyyətinə aid edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti