COP31-in prezidenti müəyyənləşib

COP31-in prezidenti müəyyənləşib
  26 Dekabr 2025    Oxunub:1443
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 2026-cı ildə Türkiyədə keçirilməsi nəzərdə tutulan 31-ci sessiyasının (COP31) prezidenti müəyyənləşib.
Prezident Rəcəb Tayyib Ərdoğan bu vəzifəni ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Quruma tapşırıb. Bu barədə Murad Qurum özünün "X" hesabında məlumat verib. O diqqətə çatdırıb ki, Türkiyə öz qlobal siyasəti çərçivəsində bu tarixi fürsətdən "məzlum xalqların və dünyanın lehinə" faydalanacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   COP31  



Xəbər lenti