Vəkil Günü peşə bayramı münasibətilə ağacəkmə aksiyası keçirilib | FOTOLAR

Vəkil Günü peşə bayramı münasibətilə ağacəkmə aksiyası keçirilib |    FOTOLAR
  26 Dekabr 2025    Oxunub:1123
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
AzVision.az xəbər verir ki, Vəkil Günü peşə bayramı ilə əlaqədar təşkil olunan ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, həmçinin hər iki qurumun rəhbər heyəti və əməkdaşları iştirak edib.

Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

AzVision.az

Qalereya




Teqlər: VK  



Xəbər lenti