Ukrayna və Rusiya lokal atəşkəs imzalayıb

Ukrayna və Rusiya lokal atəşkəs imzalayıb
  28 Dekabr 2025    Oxunub:1368
Atəşkəs nüvə qəzasının qarşısını almaq məqsədi daşıyır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) vasitəçiliyi ilə əldə olunan növbəti lokal atəşkəsdən sonra Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası yaxınlığında elektrik ötürücü xətlərin təmirinə başlanılıb. Bu barədə agentlik baş direktoru Rafael Qrossiyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Ukraynadakı müharibə fonunda nüvə qəzasının qarşısının alınması məqsədilə aparılan təmir işləri bir neçə gün davam edəcək və bu proses AEBA-nın müşahidə qrupu tərəfindən nəzarətdə saxlanılır.

M.Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti