Zalujnı Londonu tərk etməyə hazırlaşır?
“Bir neçə həftə əvvəl Zalujnı Kiyevə səfəri zamanı Ukrayna lideri Volodimir Zelenskini özünün istefa vermək niyyəti barədə məlumatlandırıb. Tərəflər onun gələcək karyerası üçün mümkün variantları - baş nazir vəzifəsindən tutmuş prezident ofisinin rəhbəri postuna qədər müzakirə ediblər, lakin o zaman Zalujnı təkliflərin heç birinə maraq göstərməyib”, - Ukrayna prezidenti ofisinə yaxın olan mənbələr bildiriblər.
Radiostansiyanın digər həmsöhbətləri qeyd ediblər ki, keçmiş baş komandan əvvəllər Ukraynanın ABŞ-dəki səfiri və ya Ukrayna Silahlı qüvvələrinin baş komandanı vəzifəsinə qayıtmağı nəzərdən keçirsə də, bununla bağlı yekun qərar verilməyib.
- Zalujnı Kiyevə qayıtmağı planlaşdırır və vəziyyət dəyişməsə, növbəti addımlarını gələn il yanvarın 4-5-də elan edə bilər”, - mənbələrdən biri vurğulayıb.
Xatırladaq ki, 2024-cü ilin iyulundan Böyük Britaniyada səfir vəzifəsini tutan Valeri Zaluşnı bu il dekabrın əvvəlində sosial şəbəkələrdə Ukrayna dilində yazıları olan qəhvə maşınının fotosunu yerləşdirib: səfir və onun arvadı qış paltarında idi. Fotoşəkil “Evdə olmaq hər şeydən yaxşıdır” başlığı ilə müşayiət edilib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


