Makron indi də “qətiyyətlilər koalisiyası” toplayır

   Makron indi də    “qətiyyətlilər koalisiyası”    toplayır
  29 Dekabr 2025    Oxunub:1177
Yanvarın əvvəlində “qətiyyətli ölkələr koalisiyası”nın Parisdə keçiriləcək iclasında hər bir dövlətin Ukrayna üçün təhlükəsizlik təminatları sisteminə konkret töhfələrini yekunlaşdırmaq planlaşdırılır.
AzVision.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron özünün “X” sosial şəbəkəsindəki səhifəsində belə paylaşım edib.

Makronun sözlərinə görə, onun özü və digər Avropa liderləri Ukrayna prezidenti ABŞ və Ukrayna prezidentləri ilə birgə video-konfrans formatında görüşdən sonra sonra Zelenski ilə ayrıca danışıblar. Fransa prezidenti təhlükəsizlik təminatları məsələsində tərəflərin razılığa gəlmək ərəfəsində olduqlarını iddia eidb.

“Biz ədalətli və davamlı sülhün qurulmasında əsas rol oynayacaq təhlükəsizlik təminatlarında irəliləyiş əldə edirik”, - Emmanuel Makron vurğulayıb.

Makron: “Putinlə dialoq bərpa olunmalıdır”
Xatırladaq ki, Avropa İttifaqı (Aİ) liderlərinin dekabrın 18-19-da Brüsseldə keçirilən sammitindən sonra Fransa prezidenti Emmanuel Makron Ukraynada sülh razılaşmasını əldə etmək səyləri çərçivəsində Avropanın Rusiya prezidenti Vladimir Putinlə dialoqun bərpasını nəzərdən keçirməli olduğunu bildirib. Onun bu bəyanatı Almaniya kansleri Fridrix Merts tərəfindən narazılıqla qarşılanıb.

Maraqlıdır ki, sözügedən sammitdə Rusiyanın Avropada dondurulmuş aktivləri hesabına Ukraynaya maliyyə yardımının ayrılması barədə Avropa Komissiyasının (AK) təşəbbüsünün bloklanmasında Fransa prezidentinin özünəməxsus qaydada rol oynadığı bildirilir.

Bununla belə, “Politico” nəşrinin yazdığına görə, ABŞ-nin zəifləyən rolu fonunda Fransa Avropanın təhlükəsizliyinin təminatı təşəbbüsünə rəhbərlik etməyə qadir olan əsas siyasi və hərbi mərkəzinə çevrilə bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Makron   qətiyyətlilər   koalisiya  



Xəbər lenti