WSJ: “Amerika Çinin fəallığından narahatdır”
ABŞ Hərbi Hava qüvvələrinin generalı Aleksus Qrinkeviç çinlilərin getdikcə aqressivləşdiyini bildirib.
“Çinin əsas məqsədi Amerikanın dənizaltı hökmranlığına son qoymaqdır. Rusiya isə, lazımi texnologiyaları ilə Çinə bu işdə kömək edə bilər”, - ABŞ-nin Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Samuel Paparo, öz növbəsində, vurğulayıb.
ABŞ və onun müttəfiqləri Pekinin yaxın illərdə Şimal qütbünə silahlı sualtı qayıqlar yerləşdirə biləcəyini gözləyirlər. “WSJ” qeyd edir ki, Çin artıq Arktikada yerüstü döyüş gəmilərinə malikdir və buzqıran donanmasını fəal şəkildə genişləndirir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


