Ankara SDQ-yə növbəti dəfə xəbərdarlıq edib

Ankara SDQ-yə növbəti dəfə xəbərdarlıq edib
  31 Dekabr 2025    Oxunub:1282
Türkiyənin Müdafiə nazirliyi Suriya Demokratik Qüvvələrinə (SDQ) növbəti xəbərdarlıq ünvanlayıb.
AzVision.az xəbər verir ki, Türkiyə Müdafiə nazirliyinin açıqlamasında Suriya Demokratik Qüvvələrinin (SDQ) mərkəzi hakimiyyətə inteqrasiya olunması istiqamətində addımlar atmadığı qeyd edilib.

“Mərkəzdənqaçma və federalizm tələblərini səsləndirməyə davam etdirən SDQ mərkəzi hakimiyyətə inteqrasiya olunması istiqamətində addım atmır. Daha əvvəl də vurğuladığımız kimi, SDQ-nin bu mövqeyi Suriyanın ərazi bütövlüyünə və sabitliyinə zərər vurur. Suriya hökuməti birlik və bütövlüyün təmin edilməsi üçün təşəbbüs göstərərsə, Türkiyə dəstək verəcək”- nazirliyin açıqlamasında vurğulanıb.

Bundan əlavə bildirilib ki, Suriya hökuməti ilə “bir dövlət, bir ordu” prinsipi əsasında yaxın əməkdaşlıq davam etdirilir, inteqrasiya prosesi isə yaxından izlənilir.

AzVision.az



Teqlər: Türkiyə   SDQ   xəbərdarlıq  



Xəbər lenti