Nyu-Yorkun meri Mamdani gizli and içib

Nyu-Yorkun meri Mamdani gizli and içib
  01 Yanvar 2026    Oxunub:310
ABŞ-də Demokrat Zohran Mamdani noyabrın əvvəlində keçirilən seçkilərdə qalib gəldikdən sonra çərşənbə günü Nyu-York şəhərinin yeni meri kimi rəsmi olaraq and içib.
Bu barədə “Associated Press” məlumat yayıb. Mərasim Manhettendəki şəhər bələdiyyəsinin yaxınlığındakı Köhnə Şəhər Bələdiyyəsi metro stansiyasında gizli şəkildə keçirilib.

Mamdani Nyu-York şəhərinin ilk müsəlman meri oldu və mərasimdə Qurandan istifadə edilib. Nyu-York ştatının baş prokuroru Letisia Jeyms andiçmə mərasimini keçirib. Əvvəlki mer Erik Adams andiçmə mərasimini Times Meydanında keçirib.


AzVision.az



Teqlər:



Xəbər lenti