Alyaskada 5,7 bal gücündə zəlzələ olub

Alyaskada 5,7 bal gücündə zəlzələ olub
  01 Yanvar 2026    Oxunub:423
ABŞ-nin Alyaska ştatında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib. Qeyd olunub ki, zəlzələnin episentri Ankoricdən 535 km şərqdə, ocağı isə 9 km dərinlikdə yerləşib. Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.

AzVision.az


Teqlər: Alyaska   Zəlzələ  



Xəbər lenti