Ukrayna Almaniyadan "Patriot" HHM sistemləri alıb

Ukrayna Almaniyadan "Patriot" HHM sistemləri alıb
  01 Yanvar 2026    Oxunub:1298
Ukrayna Almaniyadan iki yeni "Patriot" hava hücumundan müdafiə (HHM) kompleksini alıb.
AzVision.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi bu barədə öz "Telegram" kanalında məlumat paylaşıb.

Qeyd olunur ki, buna Almaniya hökuməti ilə əldə edilən razılaşmalar sayəsində nail olunub.

Bildirilir ki, hava hücumundan müdafiə kompleksi Ukrayna şəhərlərinin və kritik infrastrukturun müdafiəsində istifadə olunacaq.

AzVision.az



Teqlər: Ukrayna   Patriotzenit-raketkompleksi   Almaniya  



Xəbər lenti