İranda kütləvi etirazlar: ölən və yaralananlar var I VİDEO

İranda kütləvi etirazlar:    ölən və yaralananlar var     I VİDEO
  01 Yanvar 2026    Oxunub:1277
İranın müxtəlif bölgələrində ağırlaşan iqtisadi vəziyyətə görə etirazlar davam edir.
AzVision.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər ki, aksiyalar zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir.

Belə ki, Fars əyalətinin Kəvar şəhərində polis etirazçılara atəş açıb.

Fuladşəhr və Lordeqan şəhərlərində isə etirazçılar təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürülüblər. Öldürülənlərdən üçünün şəxsiyyəti müəyyən olunub.

Etirazçılardan 15 nəfəri həbs edilib.


Aygün Xankişiyeva
AzVision.az



Teqlər: İran   etirazlar  



Xəbər lenti