Binəqədidə silah-sursat aşkarlanıb

Binəqədidə silah-sursat aşkarlanıb
  02 Yanvar 2026    Oxunub:1182
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə əməliyyat keçirib.
AzVision.az xəbər verir ki, əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbiristanlıqda torpağa basdırılaraq gizlədilmiş 1 ədəd nömrəsi silinmiş "AKS-74" tipli "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 7,62 kalibrli avtomat gülləsi aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi   DİN  



Xəbər lenti