Pirotexniki vasitə satanlar saxlanılıblar

Pirotexniki vasitə satanlar saxlanılıblar
  02 Yanvar 2026    Oxunub:435
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, son iki gün ərzində paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 26 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti